“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda “Ağ şəhər” ərazisində də pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirir. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda “Ağ şəhər” ərazisində də pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirir.

Pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsi genişlənir - Daha harda olacaq?

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda “Ağ şəhər” ərazisində də pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirir.

Bu məlumatı Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.

Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz "Wi-Fi" xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.

Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.

AzNews.az