Bakının Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakının Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıda avtomobil aşdı, sürücü yaralandı (Video)

Bakının Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində yüksək sürətlə hərəkətdə olan "KİA" markalı avtomobil qarşısındakı "VAZ-2104" markalı avtomaşına çırpılıb.

Qəza nəticəsində "KİA" aşıb və sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində deformasiyaya uğramış hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.