Aksiz markası olmayan "Marlboro" markalı siqaretlər aşkar edilib. Aksiz markası olmayan "Marlboro" markalı siqaretlər aşkar edilib.

Gömrükdə 9 min siqaret aşkarlandı

Aksiz markası olmayan "Marlboro" markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan Respublikası istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21070" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa və ön oturacaqlarının altından, salonundan gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 9000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.