“Rövşən Lənkəranski” Dubaydan zəng vurdu:“Salamatam“

"Rövşən sağdı, səhər Dubaydan özü zəng etmişdi". Bu barədə Lent.az-a Dağıstandandan məlumat daxil olub. Mənbənin dediyinə görə, "Rövşən Lənkəranski" kriminal aləmdə "Ağa Dağıstanski" kimi tanıyan şəxslə əlaqə saxlayıb və sağ-salamat olduğunu bildirib.

Məlumata görə, hazırda Moskvada olan "Ağa Dağıstanski" bildirib ki, bu gün səhər "Rövşən Lənkəranski" Dubaydan ona zəng açıb və sağ-salamat olduğunu söyləyib. Mənbənin bildirdiyinə görə, "Ağa Dağıstanski" əslən dərbəndlidir və Rövşənə yaxın şəxslərdəndir.

Xatırladaq ki, bir qədər əvvəl "Rövşən Lənkəranski"nin qohumu, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da onun sağ olduğunu bildirmişdi. O, "Rövşən Lənkəraski" ilə qohumluğunu təsdliqləyərək demişdi ki, KİV-də bu barədə xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb. Onlar yayılan xəbərləri təsdiqləməyiblər

AzNews.az