- Köhnə - Cəmiyyət
- 28 Aprel 2017 15:56
- 2 750
İki evdən eyni üsulla 24 min manatlıq qızıl oğurlanıb - Bakıda
Bakı şəhəri, Binəqədi rayonunda iki mənzildən oğurluq olub.
“Report”un xəbərinə görə, Ə.Naxcıvani küçəsindəki evlərdən birində yaşayan 1954-cü il təvəllüdlü Alxan Məmmədovun evindən açarseçmə yolu ilə 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oxşar hadisə rayonun Biləcəri qəsəbəsində də baş verib. Belə ki, orada R.İsmayılov küçəsindəki evlərdən birində yaşayan 1952-ci il təvəllüdlü Çərkəz Məhərrəmovun evindən həmin qaydada 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarınin əməkdaşları tərəfindən araşdırmalar aparılır.
AzNews.az