- Köhnə - Cəmiyyət
- 31 May 2017 15:01
- 4 864
Cinayətlərə görə cərimələr 20 dəfəyə qədər artırılır
Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihəni Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
O qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib. Komitə sədri bildirib ki, məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır.
Layihə səsə qoyularaq qəbul edilib.
AzNews.az