Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb. Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

Zaqatalada yağış leysana çevrilib - Video

Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə isə dolu düşüb.

Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz qədər və daha iri olub. Fındıqlı və Danaçı kəndinin bir hissəsinə düşən dolu əsasən meyvə tərəvəzə ziyan vurub.

Cabbar Fazıyev - Zaqatala sakini: "Fındıq boyda dolu idi. Yeri ağartmışdı. 1 santimetrə yaxın dolu var idi. Adam ayağını atanda buzun təsiri hiss olunurdu. Pomidorumuza, kartofa ciddi ziyanlar vurub".

Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.