2 gün əvvəl hasarlarına “intihar etməyə gedirəm” yazan 10 yaşlı Saatlı rayonu, Qaralar kənd sakini Fərəcov Etibar Ramil oğlunun cəsədi bu gün FHN-in dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalından tapılıb. 2 gün əvvəl hasarlarına “intihar etməyə gedirəm” yazan 10 yaşlı Saatlı rayonu, Qaralar kənd sakini Fərəcov Etibar Ramil oğlunun cəsədi bu gün FHN-in dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalından tapılıb.

“İntihar etməyə gedirəm” yazıb yoxa çıxan uşağın meyiti tapıldı

2 gün əvvəl hasarlarına “intihar etməyə gedirəm” yazan 10 yaşlı Saatlı rayonu, Qaralar kənd sakini Fərəcov Etibar Ramil oğlunun cəsədi bu gün FHN-in dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalından tapılıb.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, uşağın meyiti batdığı ehtimal olunan yerdən təxminən 3 km aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvi verilib.

Xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” yazaraq yoxa çıxmışdı. Uşağın ayaqqabısının bir tayı evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalının yanında tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunurdu və elə o vaxtdan da Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunaraq intensiv axtarışlar aparılırdı.