Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN Bakıda yataqxanadakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.