Bu gün mətbuat Mərkəzində “Cənubi Qafqazda Jurnalist Həmkarlar Təşkilatlarının Bacarıqlarının İnkişaf Etdirilməsi” mövzusunda elmi konfrans keçirilib. Bu gün mətbuat Mərkəzində “Cənubi Qafqazda Jurnalist Həmkarlar Təşkilatlarının Bacarıqlarının İnkişaf Etdirilməsi” mövzusunda elmi konfrans keçirilib.

"İşçilərlə əmək müqavilələri bağlanmalı və bütün şərtlər orada göstərilməlidir"- Vüqar Səfərli

Bu gün mətbuat Mərkəzində “Cənubi Qafqazda Jurnalist Həmkarlar Təşkilatlarının Bacarıqlarının İnkişaf Etdirilməsi” mövzusunda elmi konfrans keçirilib.

AzNews.az xəbər verir ki, konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Fondunun icracı direktoru Vüqar Səfərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, İCTUOSC AZ layihəsinin kordinatoru Müşfiq Ələsgərli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, ayrı-ayrı qəzet və saytların rəhbərlikləri və jurnalist təşkilatının nümayəndələri iştirak edirdi. Konfransı giriş sözü ilə Jurnalistlərin Həmkarlar İttifaqının sədri, İCTUOSC AZ layihəsinin kordinatoru Müşfiq Ələsgərli açaraq layihənin məqsəd və məramı haqqında geniş məlumat verdi. O, gələcəkdə layihə çərçivəsində bir çox tədbirlərin keçiriləcəyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Azərbaycanda işsizliyin səviyyəsinin 5%-ə endiyini deyib:

Azərbaycanda 600 min iş yeri açılıb. İş axtaran qurumlar isə bu və ya digər formada özfəaliyyətlərini davam etdirir. Mahiyyətə gəldikdə, sosial dialoq dedikdə ayrı-ayrı tərəflərin ümumi məxrəcə gəlməsidir. Bu da dünyada müxtəlif standartlarla həyata keçirilir. Son zamanlar Azərbaycanda həm dövlət, həm də həmkarlar təşkilatları tərəfindən birgə layihələr həyata keçirilir. Bu münasibətlərdə əsas başda dövlətdir.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Fondunun icracı direktoru Vüqar Səfərli bu konfransın çox böyük əhəmiyyət daşıdığını qeyd edib:

Bu hər bir jurnalistin həyatında taleyüklü məsələdir. Nədənsə Jurnalist Həmkar Təşkilatı ayrı bir qurum kimi qeydiyyatdan keçməyib. Konfedrasiya bunu ayrı qurum kimi qəbul etməyib. Jurnalistlərin çox hissəsi Həmkarlar Təşkilatının üzvü deyil. Çünki redaksiyalarda Həmkarlar Təşkilatları yoxdur. Belə bir halda jurnalistlər nəyin üzvü olsunlar? Ancaq Həmkarlar Təşkilatı vacib bir qurumdur. Bu müqavilələr olmadığından onu tələb etmək də mümkün deyil. 2009-cu ildə prezidentin fərmanı ilə KİVDF yarandı. Biz ilk dəfə işə başlayanda redaksiyalardan mühasibatlıq sənədləri tələb edirdik. Aydın oldu ki, redaksiyaların 90%-da mühasibatlıq yoxdur. Biz fond olaraq redaksiyalarda mühasibatlığın yaranmasına nail olduq. İşçilərin redaksiya ilə arasında müqavilə yoxdur. İşçilər əmək haqqlarını paket formasında alırdı və heç bir yerdə qeydiyyatdan keçməyib. Bu gün həmin hallar davam etməkdədir. İşçilərlə əmək müqavilələri bağlanmalı və bütün şərtlər orada göstərilməlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, əməyin hüquq müfəttişi Ruslan Bağırov beynəlxalq əmək standartlarının tətbiqi sahəsində əldə edilən naliyyətlərdə, iqtisadi-sosial inkişaf mərkəzinin sədri, ekspert Vüqar Bayramov əmək haqqlarının qorunmasında mövcud vəziyyət, əmək standartlarının inkişaf etdirilməsinin modern yollarından söhbət açdı.

Bahar RÜSTƏMLİ

AzNews.az