Azərbaycanda 3 uşaq anası başqa kişiyə qoşulub qaçıb. Azərbaycanda 3 uşaq anası başqa kişiyə qoşulub qaçıb.

Ana 3 uşağını küçəyə atıb başqa kişiylə qaçdı - “Sevgilisinin şəklini uşaqların...” (Foto)

Azərbaycanda 3 uşaq anası başqa kişiyə qoşulub qaçıb.

AzNews.az xəbər verir ki, hadisə Ağsu rayonunda baş verib. Məlumata görə, 3 uşaq anası gedərkən qaçdığı kişinin fotosunu uşaqlarının məktəb çantasına qoyub.

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının kordinatoru Vasif Akifli hadisənin iyulun 1-də baş verdiyini deyib: “Qadının uşaqları sığınacağa Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilib. Uşaqların əllərində çanta vardı. Çantanın içərisində bəzi sənədlər və çörək vardı. Uşaqlardan bunun səbəbini soruşduqda “nənəm deyib ki, mən qayıdana kimi bu çörəyi yeyərsiniz”-deyə bildirib. Qadın uşaqların atasından rəsmən boşanıb. Həmin sənəd də çantaya qoyulmuşdu. Bundan əlavə qadın həmin çantaya kimə qaçdığı kişinin fotosunu da qoyub.”

Vasif Akifli qeyd edib ki, uşaqlar sığınacağa yerləşdiriləndən sonra Ağsu rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb məsələni araşdırıb: “Onlar Ağsu rayon qeydiyyatındadır. Məlum oldu ki, uşaqların atası Rusiyadadır. Ata rəsmi olaraq qadından boşanıb. Boşanandan sonra isə dövlətin uşaqlar üçün kəsdiyi 90 manat alimet pulunu ödəməyib. Bu üzdən də ata borclu kimi axtarışdadır. Hazırda onun tapılması üçün axtarışlar davam etdirilir. Qadın da bu addımı uşaqların atasına acıq olsun deyə atdığı deyilir.”

Vasif Akifli onu da bildirib ki, qadının anası qızının qaçması ilə bağlı dəfələrlə rayon polis şöbəsinə məlumat verib: “Bu ailə üçün yeni addım deyil. Düşünürəm ki, nənə də uşaqları qızının acığına atıb.”

Kordinator hesab edir ki, iki qız və bir oğlunu atan ana sabah ikinci kişisini də qoyub qaçacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az