Ermənistanın qoşunların qarşıdurma xəttində təxribatı insan hüquqlarının və beynəlxalq qanun və normaların pozulmasıdır. Ermənistanın qoşunların qarşıdurma xəttində təxribatı insan hüquqlarının və beynəlxalq qanun və normaların pozulmasıdır.

“Ermənistanın törətdiyi təxribat insan hüquqlarının pozulmasıdır” - ATƏT PA-nın vitse-prezidenti

Ermənistanın qoşunların qarşıdurma xəttində təxribatı insan hüquqlarının və beynəlxalq qanun və normaların pozulmasıdır.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu bu hadisəni pisləməli və gələcəkdə bu cür hadisələrin və uşaqların öldürülməsinin qarşısını almalıdır:

“ATƏT PA bu məsələ ilə bağlı susmamalıdır. Biz konkret addımlar atmalı və buna son qoymalıyıq”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

AzNews.az