Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi heyətin sosial və mədəni səfərlərinin təşkili ilə bağlı müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri qədim Şəki şəhərində olublar. Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi heyətin sosial və mədəni səfərlərinin təşkili ilə bağlı müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri qədim Şəki şəhərində olublar.

Türkiyəli zabitlər Şəkidə - Foto

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi heyətin sosial və mədəni səfərlərinin təşkili ilə bağlı müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri qədim Şəki şəhərində olublar.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli zabitlər və ailə üzvləri “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunu, Yuxarı Karvansaray, Tacirlər küçəsi və Narın qala Qala divarları memarlıq abidələrini gəzib, Şəki Xan Sarayı, Şəki Tarix Diyarşünaslıq muzeyi, Şəki Xalq Tətbiqi Sənəti muzeyi ilə tanış olub, eləcə də Qədim Alban məbədi olan Dairəvi məbədə baxıblar.

Zabitlər muzeylərdə toplanmış eksponatlarla tanış olaraq Şəkinin qədim tarixi, xalqımızın zəngin mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər. Ekskursiya zamanı Türkiyəli zabitlərlə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Şəki şəhərinə gəzintiyə gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin Xan Sarayının ətrafında görüşü təşkil edilib, xatirə şəkili çəkdirilib.

Türkiyəli qonaqların ölkəmizdəki səfəri davam edir.

image description image description