Bakıda Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb. Bakıda Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb.

Qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirləri görülür

Bakıda Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib.

O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin “Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzaladığı əmrə əsasən, Bakı şəhərində yerləşən bağçalar, xəstəxanalar və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, son zamanlar Azərbaycanın həmsərhəd olduğu dövlətlərdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

AzNews.az