Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC tərəfindən burada qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC tərəfindən burada qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur.

Şpris istehsal edən zavod tikiləcək

Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC tərəfindən burada qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.

Zavod tam gücü ilə işə düşdükdən sonra Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, daxili tələbat yerli istehsal hesabına keyfiyyətli birdəfəlik şprislə təmin edəcək, bu məhsullara idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 50 yeni iş yeri açılacaq.

AzNews.az