- Köhnə - Cəmiyyət
- 18 İyul 2017 18:30
- 5 559
Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə məlumatlar əsassızdır - FHN
"İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb".
AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
"Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır", - deyə mətbuat xidmətindən bildirilib.
FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.