Abşeronda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas olunub. Abşeronda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas olunub.

Dənizdə batmaq üzrə olan şəxs xilas edildi

Abşeronda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas olunub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.