Yollarda təhlükə: borular və insanlar yük yerində daşınır (Video)

Boruların bir hissəsi yük yerindən kənara çıxıb. İnsanların bəzisi elə boruların üzərində əyləşib, bəzisi isə ayaq üstə dayanıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, yük yerinin arxa qapısı yoxdur, borular və insanlar hər an orda yıxıla bilər.

Görüntüləri tamaşaçılarımızdan biri çəkərək bizə göndərib və məsələni ictimailəşdirməyimizi xahiş edib.

Qeyd edək ki, yol hərəkəti haqda qanunun 56-ci maddəsinə görə yük avtomobillərinin banında yalnız bir şərtlə adamların daşınmasına icazə verir. Adamlar üçün xüsusi oturacaqlar olmalı, təhlükəsizlik kəməri ilə təmin edilməlidir.

Bu vəziyyətdə yük maşınını idarə edən sürücü inzibati xətalar məcəlləsinə görə 3 bal və 60 manat cərimə edilir.