Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bayramdan sonra ilk iş günü hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.