Dələduzluqda təqsirləndirilən müstəntiq azadlığa buraxıldı

Səbail rayon Məhkəməsində dələduzluq və digər cinayətdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun müstəntiqi Müşfiq Abbasovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, iclasda onun vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Vəsatəti təmin olunub və o, azadlığa buraxılıb. Onun barəsində olan həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. M. Abbasov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Məhkəmə bir müddət əvvəl başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

AzNews.az