Bakı şəhərindəki mağazadan 30 min manatlıq oğurluq edilib. Bakı şəhərindəki mağazadan 30 min manatlıq oğurluq edilib.

Mağazadan 30 min manat oğurladı, tutuldu

Bakı şəhərindəki mağazadan 30 min manatlıq oğurluq edilib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.