2004-cü ildə Dünya Səhiyyə Təşkilatı belə bir statistika açıqlayıb ki, dünyada yaşlılar arasında hər altı nəfərdən biri beynin qan dövranının kəskin pozulması ilə üzləşir. Onların dörddə üçü işemik, qalanları hemorragik insult keçirənlərdir. 2004-cü ildə Dünya Səhiyyə Təşkilatı belə bir statistika açıqlayıb ki, dünyada yaşlılar arasında hər altı nəfərdən biri beynin qan dövranının kəskin pozulması ilə üzləşir. Onların dörddə üçü işemik, qalanları hemorragik insult keçirənlərdir.

29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür

2004-cü ildə Dünya Səhiyyə Təşkilatı belə bir statistika açıqlayıb ki, dünyada yaşlılar arasında hər altı nəfərdən biri beynin qan dövranının kəskin pozulması ilə üzləşir. Onların dörddə üçü işemik, qalanları hemorragik insult keçirənlərdir.

AzNews.az xəbər verir ki, həmin il Dünya Səhiyyə Təşkilatı insultu qlobal epidemiya elan edib. Beynəlxalq İnsultla Mübarizə Təşkilatı 2006-ci ilin oktyabrında təsis olunub. Onun 85 ölkədən 3,5 mindən çox fərdi və 60-dan çox kollektiv üzvü var. Təşkilatın təşəbbüsü ilə həmin ildən İnsultla Mübarizə Günü qeyd olunmağa başlayıb. Dünyanın 40 ölkəsində oktyabrın 29-u Ümümdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.

Həmin təqvim günü keçirilən bütün tədbirlərin hədəfi diqqəti xəstəliklə əlaqədar ölüm faizinə və insult xəbərdarlığına yönəltməkdir. Təəssüf ki, çox vaxt nə xəstələr, nə də onların ətrafındakılar xəstəliyin əlamətlərini hiss etmirlər.