Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları və güc qurğuları ƏDV-dən azad edildi

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

AzNews.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə əlavə edilən yeni bəndə (164.1.38) əsasən, mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.