Milli Məclis bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib. Milli Məclis bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib.

Milli Məclisin dünya azərbaycanlılarına müraciəti

Milli Məclis bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib.

AzNews.az xəbər verir ki, müraciəti deputat Məlahət İbrahimqızı oxuyub.

Müraciətdə milli birliyin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı dünyanın güclü xalqları ilə bir sırada dayanır: “Prezident İlham Əliyevin yürütdüyü siyasət və bu siyasət nəticəsində ölkənin qüdrətlənməsi hər bir azərbaycanlını sevindirir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vəzifələrindən biri də azərbaycan dilinin, milli mənəvi dəyərlərin qorunmasıdır. Dünya azərbaycanlıların hər birini xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə çağırırıq ”.