İki gündür Binə qəsəbəsi Hövsan südçülük savxozunun sakinləri qazsız qalıb. İki gündür Binə qəsəbəsi Hövsan südçülük savxozunun sakinləri qazsız qalıb.

Binədə iki gündür qaz yoxdur - Səbəb

İki gündür Binə qəsəbəsi Hövsan südçülük savxozunun sakinləri qazsız qalıb.

Sakinlərin sözlərinə görə, yanvarın 12-si axşam saat 21:00 radələrində sözügedən əraziyə verilən qaz təhcizatı kəsilib. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bu saata kimi kəsilən qaz təhcizatı bərpa olunmayıb.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-açıqlamasında sözügedən əraziyə çəkilən qaz xəttinin sıradan çıxdığını deyib:

“Yanvarın 12-də axşam saat 21-də maşın qaz xətti üzərindəki avadanlığı vurub sıradan çıxarıb. Bu zaman 35-40 abonentin sayğacında problem yaranıb. Gecə olduğundan problemi aradan qaldırmaq mümkün olmayıb. Hazırda ərazidə təmir işləri aparılır. Yəqin ki, axşama sakinlər qazla təmin olunacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az