Bakıda türkiyəli iş adamının evi qarət edilib. Bakıda türkiyəli iş adamının evi qarət edilib.

Bakıda iş adamının evindən 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl aparılıb - Video

Bakıda türkiyəli iş adamının evi qarət edilib.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu Dədə-Qorqud yaşayış massivində baş verib. Türkiyə vətəndaşı Selçuk Tapan polisə müraciət edərək, yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis dərhal araşdırmalara başlayıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, Selçuk Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Cəlilabadda da oğurluq hadisəsi olub. Rayon sakini İlqar Muradov da polisə müraciət edərək, ona məxsus dükandan telefonlar və müxtəlif növ məişət texnikaları oğurlandığını bildirib. İsti izlərlə keçirlən əməliyyat zamanı rayonunun Günəşli kənd sakinləri - İsmayıl Quliyev, Murad Əhmədov və Raul Quliyev sözügedən dükandan növbəti dəfə oğurluq edərkən iş başında yaxalanıblar.

Saxlanılan şəxslər polisə verdikləri ilkin ifadədə törətdikləri əməlləri etiraf ediblər.

Məlum olub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda 30-a yaxın dükandan oğurluq ediblər. Faktla bağlı araşdırma aparılır.