Kir nəvəsi Kirmaninin erməni sevgisi...

Mütəmadi olaraq Amazon-da Azərbaycan və regionumuz haqqında kitabları axtarmağı və internetin imkanlarından istifadə edərək onlar haqqında azca da olsa, oxumağı xoşlayıram.

Təsadüfən gözümə özünü şərqşünas, filosof, jurnalist, publisist və s. kimi adlarla təqdim edən və əslən iranlı olan Navid Kirmaninin “Şərqi Avropadan İsfahanadək səngərlər boyunca səyahət” alman dilində dərc olunan kitabı dəydi.

Həmin kitabın xüsusilə Cənubi Qafqaz ilə bağlı bəzi hissələrinin işləmədiyi kəşfiyyat orqanı qalmayan “Spiegel”də dərc olunan hissələrini bir daha internetin köməkliyi ilə oxumağa müvəffəq oldum və sözün əsil mənasında dəhşətə gəldim.

Kitabı oxuyan zaman hiss olunur ki, müəllif özünü hələ də ali irqin nümayəndəsi hesab edir və ari iqrinin nümayəndəsi kimi Əhəməni imperiyasının fəth edə bilmədiyi Azərbaycana xüsusi nifrətlə yanaşır. Yəqin ki, bununla o, Azərbaycanı işğal etməyə çalışan Kirin və ya Kuruşun acınacaqlı aqibətinə görə Azərbaycan, xüsusilə türk xalqından intiqam almağa çalışır. Oxucularıma kiçik bir tarixi faktı çatdırmaq istərdim. İran adı 1935-ci ildə milyonlarla insanın həyatına son qoymuş Hitler Almaniyasının təklifi ilə qəbul edilib.

N.Kirmani əsəri boyunca iddia edir ki, Qafqaz regionu tarixən İrana məxsus olmuşdur və onun xalqları hələ də fars ədəbiyyatının və mədəniyyətinin təsirindədir. Tarixi danılmaz faktdır ki, Azərbaycan və fars xalqı yüzilliklər boyunca bir yerdə yaşamış və hər iki ölkənin mədəniyyətində müəyyən oxşarlıqların olması təbiidi. Necə ki, Avropada bir-birinin qonşuluğunda yaşayan xalqların istər mədəniyyətində, istərsə də adət-ənənələrində müəyyən oxşarlıqlar var və bu da müasir dillə desək tolerantlığın bir nümunəsidir. Amma Azərbaycan mədəniyyətinin tamamilə fars mədəniyyətinin təsirində olması fikri tamamilə absurd bir fikirdir. Əgər o iddiaya qalsa, o zaman mən də iddia edə bilərəm ki, fars mədəniyyətinin özü də ərəb mədəniyyətinin və İslam dininin təsirindədir. Çünki məhz İslamdan sonra fars mədəniyyəti və ədəbiyyatı xüsusilə inkişaf etmişdir.

Özünün şərqşünas olduğunu iddia edən N.Kirmani Azərbaycana qarşı qərəzi Səfəvilər dövlətini fars dövləti olmasını dönə-dönə iddia etməsidir. Kiçik bir xatırlatma etmək istərdim. Səfəvilərin qurucusu və Azərbaycan xalqının fəxri olan Şah İsmayıl Xətainin dövründə rəsmi dövlət dili TÜRK dili olub. Dövlət yazışmaları və sərəncamları məhz bu dildə olub. Şah İsmayıl Xətainin şeirləri də TÜRK dilində olub. Yəqin N.Kirmani Səlcuqlar dövründən 1925-ci ilədək İranı türk əsilli sülalələr idarə etmesi faktini qebul etmek istemir. Bu bir tarixi həqiqətdir. Onun nifrəti yəqin hal-hazırkı İran rəhbərlərinin əslən azərbaycanlı olmasından qaynaqlanır. Həmçinin, bu nifrət yalnız şimalda yaşayan azərbaycanlılara aid deyil, habelə cənubda yaşayan milyonlarla soydaşlarımıza da şamildir. Bununla o, bütün azərbaycanlılara olan nifrətini ortaya qoyur.

Ermənilərə qarşı simpatiyası olan müəllifin daha bir qərəzi əsəri boyunca azərbaycanlılar, o cümlədən türkləri aşağılaması və “erməni qanuna susamış” bir toplum kimi təqdim etməsidir. Erməniləri qədim mədəniyyətin daşıyıcısı və qədim xristian sivilizasiyasının beşiyi adlandırır. Gopalogiya üzrə mütəxəssi olan N.Kirmani çox gözəl bilir ki, erməni əlifbası həbəş əlifbasının tam oxşarıdır. Ermənilərin hələ ilk xristian olması belə mübahisəli məsələdir. Bizim həbəşlər adlandırdığımız indiki Efiopiya xalqı iddia edir ki, ilk xristian məhz onlar olublar. Səmavi kitablarda haqqında çoxlu rəvayətlər olan və Süleyman peyğəmbərlə adı yanaşı çəkilən Səba məlikəsi Bəlqisin (və ya Bilqeys) müasir davamçıları olan qaradərili həbəş xalqını ilk xristian kimi qəbul etmək avropalılara ağırdı. Çünki Avropada uzun müddət bir fikir olub ki, qaradərilər ilk dəfə qan axıtmış və öz qardaşını qətlə yetermiş Qabilin davamçılarıdır. Bu səbəbdən uzun müddət Yaxın Şərqdə “yaşamış” ermənilər ilk xristianlar kimi qəbul edilmişdir. Halbuki, məsələ ciddi şəkildə araşdırılsa, tarixin kimlərinsə istəyinə görə yazıldığının şahidi ola bilərik.

Daha bir müzakirə mövzusu erməni keşişi ilə olan söhbətdi. Erməni keşiş müəllif ilə söhbət zamanı “insanlıqdan kənar türklərlə (yəni azərbaycanlılarla) yaşamağın mümkün olmadığını və Azərbaycan adında ölkənin mövcud olmadığını” bildirir. Müəllif onunla söhbəti zamanı özünü Allaha həsr etmiş və Bibliyadan xəbərdar olan din xadiminə inandığı dinin nifrəti, lovğalığı, düşmənçiliyi təlqin edib-etmədiyini soruşmur. Yəqin həmin vaxtı müəllif erməni tərəfində yaxşıca rahatladılmış və beynində ancaq azərbaycanlılara olan nifrəti qalmışdı...

Eltac Güntəkin