- Köhnə - Cəmiyyət
- 16 Fevral 2018 10:41
- 3 356
Azərbaycanda uzunömürlülərin sayı artıb
"Azərbaycanda uzun ömür yaşayan insanların sayı xeyli artıb".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Akademiya ilə Səhiyyə Nazirliyinin birgə elmi sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, uzunömürlülüyün öyrənilməsi ilə bağlı AMEA və Səhiyyə Nazirliyinin birgə laboratoriyası yaradıla bilər.
Elmlərin vəhdətinin qaçılmaz olduğunu vurğulayan A. Əlizadə qeyd edib ki, akademiyanın cihazları, elmi avadanlıqları xeyli yenilənib.
AzNews.az