- Köhnə - Cəmiyyət
- 28 Fevral 2018 12:58
- 3 951
Keçmiş məhkumu öldürmək istəyənə 11 il həbs
Həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Mikayıl Dəmirlinin məhkəmə iclası başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yaşayan əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.
Bundan bir gün sonra həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədildiyini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi təhvil verib.
AzNews.az