Narkoloji mərkəzdə xəsarət alanlar evə buraxılıb - Rəsmi

Narkoloji Mərkəzində baş verən yanğın zamanı xəsarət alanların səhhəti normalıdr.

Bu barədə AzNews.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

Xəstəxanadan verilən məlumata görə, səhiyyə ocağına Narkoloji Mərkəzdə baş verən yanğın zamanı xəsarət alan 3 nəfər 48 yaşlı Vüqar Kərimov, 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov gətirilib: “Onlara tibbi yardım göstərildi, ikisi evə buraxıldı. Hazırda bir nəfər xəsarət alan xəstə var ki, o da bir azdan evə buraxılacaq. Vəziyyətləri yaxşıdır”.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Yanğın zamanı 30-a yaxın şəxs ölüb, 4 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az