- Köhnə - Cəmiyyət
- 10 Mart 2018 17:56
- 4 072
“İnterpol” xətti ilə axtarışa verildi - Ukraynada saxlanıldı
Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.
"Report"un xəbərinə görə, 1985-ci il təvəllüdlü Kamran Adıgözəlovun Azərbaycana ekstradisiya olunması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, K.Adıgözəlov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olub.
AzNews.az