Bu ilin 11 aprelində ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüququ olan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının sayı açıqlanıb. Bu ilin 11 aprelində ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüququ olan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının sayı açıqlanıb.

Prezident seçkilərində iştirak edəcək Naxçıvan seçicilərinin sayı açıqlandı

Bu ilin 11 aprelində ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüququ olan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının sayı açıqlanıb.

Bu barədə AzNews.az Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına ına istinadən xəbər verir

Muxtar respublikadan səs verməyə qoşulacaq seçicilərin ümumi sayı 262874 nəfərdir.

Onlardan 129484 nəfəri (49,3%) kişi, 133390 nəfəri isə (50,7%) qadındır. Muxtar respublikada 1368 nəfər bu ilki seçkilərdə ilk dəfə səs verəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 125 seçki dairəsində keçiriləcək. Bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.