- Köhnə - Cəmiyyət
- 27 Mart 2018 09:57
- 5 344
Jurnalistin evi qarət olundu - 1800 manat apardılar

Jurnalist Vasif Həsənlinin evini qarət ediblər.
Bu barədə AzNews.az-a onun özü məlumat verib. V. Həsənlinin sözlərinə görə, naməlum şəxslər Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evindən ona məxsus 1800 manat məbləğində pul oğurlayıblar:
“Həmin vaxt evdə olmamışıq. Oğrular evə pəncərədən giriblər. Azyaşlı oğlumun gələcəyi üçün pul yığırdıq. Ona görə dəmir seyf almışdıq. Evimizə hər qonaq gələndə ora pul atırdı. 3 il idi ki, seyf açılmırdı. Oğrular seyfi sındırıb içindən 300 manatı götürüblər. Evdəki çantadan isə 1500 manat oğurlanıb”.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bahar RÜSTƏMLİ
AzNews.az