Bərdə rayonunda leysan yağışı bir sıra fəsadlar törədib. Bərdə rayonunda leysan yağışı bir sıra fəsadlar törədib.

Bərdədə evləri su basdı

Bərdə rayonunda leysan yağışı bir sıra fəsadlar törədib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, ötən gün yağan yağış yollarla bərabər, yaşayış məntəqələrində də acınacaqlı vəziyyət yaradıb.

Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb, bəzi evləri su basıb.

Yağış küçələrdə gölməçələr əmələ gətirib. Rayonun mərkəzi küçələri və avtomobil yolları su içində qalıb.

AzNews.az