Bibisini baltalayan gəncin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, ötən il dekabrın 4-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi, 1975-ci il təvəllüdlü Yeganə İmamverdiyevaya balta ilə çoxsaylı xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

Tutulan Vüsal Şıxəliyev cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış aprelin 9-na təyin olunub.

AzNews.az