- Köhnə - Cəmiyyət
- 13 Mart 2013 11:16
- 2 381
Köçkünlərin köçü başladı

Hazırda Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin köçürülməsinə start verilib
"Qafqazinfo"nun verdiyi xəbərə görə, artıq 9 nömrəli yataqxananın sakinləri köçürülür.
Yataqxanada yaşayan vətəndaşlar "Qafqazinfo"ya bildiriblər ki, sabah da 8 nömrəli yataqxananın sakinləri köçürüləcək: "Deyilənlərə görə, martın 25-nə kimi köçürülmə başa çatacaq".
Qeyd edək ki, həmin yataqxanadakı məcburi köçkünlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binalarda məskunlaşdırılacaq.
AzNews.az