Rəqsanə körpələr evinin müdirinə əsəbləşdi: “Basıb gözünü çıxarmaq lazımdır”

Müğənni Rəqsanə 1 saylı körpələr evi ilə qızı Aysun İsmayılova arasında yaranan qalmaqala münasibət bildirib.

AzNews.az xəbər verir ki, sənətçi övladının etdiyi bu hərəkəti alqışlayıb: “Bütün mediaya təşəkkür edirəm. Yetimin haqqı yeyilir. Azərbaycan gəncləri belə olmalıdır. Haram yeyən insanların gözünü basıb çıxartmaq lazımdır. O ki qaldı kiminsə mənim övladımın məhkəmə ilə hədələməsinə, övladımın yanındayam. O insanlara demək istəyirəm ki, bu nə videodur? Əlimizdə çox kadrlar var. Cavab verin, niyə daşıyıb aparırsınız? Burnunuzdan gəlsin! Doymursuz məgər?! Uşaq bezləri, nə bilim, daha nələr... Geci-tezi var, burnunuzdan gələcək...

Düz etmisən qızım, halal olsun sənə! Kimin sözü varsa, məni yığsın. Mənim övladım harama göz yuma bilməz. Görün özlərini necə çamura atırlar, saytlara basqa soz deyirlər, efirlərə isə tam başqa. Təsdiq edirlər ki, biz yetimin haqqını oğurlayırıq”.

Qeyd edək ki, müğənninin qızı Aysun İsmayılova Bakıdakı 1 saylı körpələr evininin məhsullarının başqa yerə daşınması ilə bağlı sosial şəbəkədə video paylaşıb. Körpələr evinin baş həkimi Nəhayət Əliyeva yayılan məlumatın əsassız olduğunu və buna görə qarşı tərəfi məhkəməyə verəcəyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az