Aprelin 30-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti döyüş fəaliyyətinə başlayıb. Aprelin 30-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti döyüş fəaliyyətinə başlayıb.

“Tufan” Xəzər dənizində xidməti döyüş fəaliyyətinə başladı

Aprelin 30-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti döyüş fəaliyyətinə başlayıb.

DSX-nin Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­sılatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mü­hüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xidməti döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu tədbirin Azərbaycan Dövlət Sərhəd Xid­mə­tinin yara­dı­cısı, Azər­baycan sərhəd mühafizəsi strategiyasının müəllifi Dahi Ön­dər Hey­dər Əli­yevin 95 illik yu­bileyinə təsadüf etməsi bu günü daha da əla­mətdar edib.

Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını böyük şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanıb.

AzNews.az