“Bədbəxt adam” ANS-də - 3 VİDEO

Jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayevlə ANS arasındakı son münasibətlər diqqət çəkir. ANS-in "Baş xəbər" proqramına dəvət edilən Eynulla Fətullayevi şirkətdə çox "isti" qarşılayıblar. Hətta aparıcı E.Fətullayevə "bura sənin doğma yerindi" deyə müraciət edib. Bu isə ANS və Eynulla Fətullayev arasında münasibətlərin normallaşdığını və hətta dostluğa çevrildiyini söyləməyə əsas verir.

Xatırladaq ki, münasibətlər 3 il əvvəl ANS-in efirində yayımlanan və o zaman həbsdə olan baş redaktor Eynulla Fətullayevə həsr olunmuş "Bədbəxt adam" adlı sənədli film nümayişi ilə gərginləşmişdi. Ssenari müəllifi Mirşahin Ağayev olan filmdə E.Fətullayev barədə "dağıdıcı avantürist", "ermənipərəst", "əqidəsini alt paltarı kimi tez-tez dəyişən adam" kimi ifadələr elə Mirşahinin öz dilindən səsləndirlib. Hətta azadlığa çıxandan sonra da baş redaktorun bu ölkədə yaşamağa haqqı olmadığı bildirilmişdi. Nədənsə indi ANS onun nəinki, Azərbaycanda, hətta öz ocaqlarında "doğma adam" kimi qarşılayır...

Mirşahin demişkən, oyun şama dəyərmi?

Qeyd edək ki, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl Eynulla Fətullayevlə ANS-də debata getməkdən imtina edib və bunu "Mənim dediyimi isə ANS-in efirə verməyə cəsarəti çatmaz" deyə izah edib.

Bizsə AzNews.az olaraq heç nə izah etmirik, sadəcə sizə 3 VİDEO təqdim edirik.