- Köhnə - Cəmiyyət
- 14 May 2018 12:13
- 13 570
Şəki İcra Hakimiyyətindən türkiyəli müğənniyə cavab: “Yalandır”
Şəki şəhər İcra Hakimiyyəti türkiyəli müğənni Petek Dinçözün açıqlamasına cavab verib.
Başçının köməkçisi AzNews.az-a açıqlamasında Petek Dinçözün “ATV maqazin onlarla” proqramındakı çıxışının həqiqəti əks etdirmədiyini bildirib:
“Yalandır. Torpağın mülkiyyətçisi bələdiyyədir. Bələdiyyənin xarici vətəndaşa torpaq satması qanunla qadağandır”.
Qeyd edək ki, türkiyəli müğənni Petek Dinçöz “ATV maqazin onlarla” proqramında Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ona torpaq sahəsi hədiyyə etdiyini deyib.
Bahar RÜSTƏMLİ
AzNews.az