- Köhnə - Cəmiyyət
- 14 May 2018 13:19
- 5 474
“Bayılda tədqiqat işləri gələn ay başa çatacaq” - ETSN
“Bayıl sürüşmə sahəsində aparılan tədqiqat işlərini gələn ay başa çatdırmağı planlaşdırırıq”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, hazırda ərazinin geoloji öyrənilməsi, buruq-qazma işləri, topoqrafik müşahidələr, mühəndisi-geoloji araşdırmalar davam etdirilir.
Ə. Qaralovun sözlərinə görə, sürüşmə sahəsində aparılan araşdırmaların nəticələri haqda hər 10 gündən bir Nazirlər Kabinetinə məlumat verilir, mayaklar həftədə 1 dəfədən az olmayaraq dəyişdirilir: “Biz gələn ay çöl işlərini başa çatdırmağı planlaşdırırıq. Bundan sonra hesabat Nazirliyin Elmi - Texniki Şurasında müdafiə olunacaq və aidiyyəti orqanlara təqdim olunacaq”.
Ekspedisiya rəisi qeyd edib ki, Bayıl sürüşmə sahəsində vəziyyət stabildir, aktivlik müşahidə olunmur.
AzNews.az