- Köhnə - Cəmiyyət
- 15 May 2018 13:49
- 5 198
“Müəllimdən pul tələb olunması iddiası ilə bağlı araşdırma aparılır” - Təhsil Nazirliyi
Təhsil Nazirliyi Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevin məktəb direktorunun ondan pul tələb etməsi və buna görə onun sıxışdırılması iddialarına münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq qeyd olunub ki, məsələ ilə əlaqədar Təhsil Nazirliyində xidməti araşdırma aparılır.
"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək" - deyə, nazirliyin cavabındaa əlavə olunub.
AzNews.az