- Köhnə - Cəmiyyət
- 15 May 2018 17:05
- 7 737
Əfv Komissiyası 1000-dək müraciətə baxdı - Yenilənib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Komissiyanın indiyədək keçirilən iclaslarında 1000-dək müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
***
16:09
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
Trend-in məlumatına görə, bugünkü iclasda da əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 800-dən artıq müraciətə baxıb.
Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.
AzNews.az