- Köhnə - Cəmiyyət
- 15 May 2018 16:22
- 10 697
Orta məktəbdə əlbəyaxa dava: Müəllim direktoru xəstəxanalıq etdi
Şamaxıda orta məktəb direktoru döyülüb.
AzNews.az xəbər verir ki, hadisə rayonun Bağırlı kəndində baş verib. Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktoru Müşfiq Mirzəyev ilə Bağırlı kənd orta məktəbinin riyaziyyat müəllimi İntiqam Azayev arasında mübahisə düşüb. Nəticədə İntiqam Azayev direktoru döyüb. Müşfiq Mirzəyev xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hazırda direktorun vəziyyəti yaxşıdır.
Baş vermiş hadisə isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Bahar RÜSTƏMLİ
AzNews.az