- Köhnə - Cəmiyyət
- 17 May 2018 19:14
- 4 581
Nazir BP-nin nümayəndə heyətini qəbul etdi
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BP-nin nümayəndə heyətini qəbul edib.
AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, vitse-prezident Zaur Paşayev, ətraf mühit üzrə direktor Faiq Əsgərov arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb, ekoloji standartlara riayət olunması ilə bağlı tövsiyələr verilib.