Trampın qolf mərkəzinə silahlı basqın - Foto

ABŞ prezidenti Donald Trampın Florida ştatının Doral şəhərindəki qolf mərkəzinə naməlum şəxs silahla hücum edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs Milli Qolf Mərkəzindəki ABŞ bayrağını endirib və Tramp əleyhinə şüarlar səsləndirib.

Hadisə yerinə gələn polislərlə silahlı şəxs arasında atışma olub. Polislər onu yaralı halda ələ keçiriblər. Çaxnaşma zamanı bir polisin də qolu qırılıb.

Faktla bağlı araşdırma aparılır.