Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 23 ailə köçürülüb. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 23 ailə köçürülüb.

Cocuq Mərcanlıya daha 23 ailə köçürüldü

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 23 ailə köçürülüb.

Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənov bildirib ki, ikinci mərhələdə köç bir neçə gün öncə başlayıb və indiyə qədər 23 ailə kəndə köçürülüb.

O qeyd edib ki, köç üçün ailələr nəqliyyat vasitəsilə də təmin olunub:

"Köçmə prosesi davam edir və mərhələli şəkildə ailələr bütün evlərə köçürüləcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.

AzNews.az