- Köhnə - Cəmiyyət
- 10 İyun 2018 11:51
- 5 207
Gəncədə orta yaşlı kişi intihara cəhd etdi
Gəncə şəhər sakini intihara cəhd edib.
AzNews.az Report-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vəliyev Cavanşır Həmid oğlu yaşadığı evdə qəbul etdiyi müxtəlif dərmanlardan zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Qohumlarının bildirdiyinə görə, psixoloji problemləri olan C.Vəliyev özünü zəhərləyərək öldürmək istəyib.