Əslində bu cür hadisələr yolverilməzdir. Hasısa səhlənkarlıq və ya başqa bir səbəbdən insanlara belə bir əziyyət verilib, iqtisadi cəhətdən ciddi problemlər yaranıb. Əslində bu cür hadisələr yolverilməzdir. Hasısa səhlənkarlıq və ya başqa bir səbəbdən insanlara belə bir əziyyət verilib, iqtisadi cəhətdən ciddi problemlər yaranıb.

Mingəçevirdəki qəza ilə bağlı cənab prezident hələ nöqtəni qoymayıb - Deputat

Əslində bu cür hadisələr yolverilməzdir. Hasısa səhlənkarlıq və ya başqa bir səbəbdən insanlara belə bir əziyyət verilib, iqtisadi cəhətdən ciddi problemlər yaranıb.

Bunları AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Mingəçevirdə baş vermiş qəza və bununla bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirəni şərh edərkən dedi.

Deputatın sözlərinə görə, bu hadisə nəticəsində Neftayırma Zavodu fəaliyyətini dayandırıb. Orada elə cihazlar var ki, onlar ümumiyyətlə dayndırılmamalıdır. Çünki o dayandırılanda sonradan onu işlək vəziyyətə gətirmək üçün xeyli vaxt lazım gəlir:

"Bunlar hamısı itkilərdir. Düşünürəm ki, bu məsələ barədə cənab Prezident hələ nöqtəni qoymayıb. Hələ ki, yoxlamalar, araşdırmalar aparılır, güman edirəm ki, səlahiyyətli məmurlar işindən və vəzifəsindən azad ediləcək, bəlkə cinayət məsuliyyətinə də cəlb olunacaqlar.

R.Musabəyov qeyd etdi ki, Prezident İlham Əliyev sözügedən hadisəyə dərhal ə ciddi şəkildə reaksiya verdi. Dövlət başçısı dünənki müşavirədə də kəskin mövqe sərgilədi və onun bu hadisənin baş verməsi, eyni zamanda, səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ilə bağlı çox hiddətləndiyini gördük. Hələlik dəqiqləşdirmələr aparılır, bu hadisədə cavabdeh olan hər kəs öz məsuliyyətsizliyinə görə cəzasını almalıdır.

Elgün Mənsimov
AzNews.az