Məlum olduğu kimi “İstək” liseyi artıq fəaliyyəti dayandırıb. Belə ki, iyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb. Məlum olduğu kimi “İstək” liseyi artıq fəaliyyəti dayandırıb. Belə ki, iyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

"İstək" liseyi rəqabətli təhsil bazarına tab gətirə bilmədi

Məlum olduğu kimi “İstək” liseyi artıq fəaliyyəti dayandırıb. Belə ki, iyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

Təhsil Nazirliyi isə sözügedən müraciətə müsbət cavab verib. Təbii ki, hər hansı bi məktəbin, təhsil ocağının bağlanması ilk baxışda cəmiyyət üçün təəccüblü görünə bilər. Ona görə “istək” liseyi ilə bağlı da bəzi məqamlara diqqət gətirmək istərdik.

Təbii ki, “İstək” liseyinin fəaliyyətini dayandırması onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir. Amma bu da bir həqiqətdir ki, illər öncə ümumtəhsil sistemində yüksək keyfiyyəti, yeni tədris metodologiyalarının və innovasiyaların tətbiqi sahəsində öncül yerlərdən birini tutan bu məktəblərdə son dövrlərdə təhsilin səviyyəsi nisbətən zəifləyib. 2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 “İstək” liseyi fəaliyyət göstərirdi. Lakin bu məktəblər artıq ölkəmizin ən qabaqcıl məktəbləri sırasında yer almırlar.

Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında “İstək” liseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib. Son illərdə bu məktəblərə müraciət edənlərin sayında da azalma müşahidə edilməkdədir. Burada “İstək” liseyinin “Çağ Öyrətim” şəbəkəsi ilə bağlarının ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə onlara ictimai inamsızlığın olması da vacib rol oynayır.

Məlumata görə, son illərdə yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deməkdədir. Qyri-rəsmi mənbələrə görə son illər “İstək” liseyi ciddi maliyyə sıxıntısı yaşamaqda idi. Bunun də səbəblərindən biri “Çağ Öyrətim” şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Buna görə də “İstək” liseyinin artıq bazarda rəqabətə davam gətirə bilməməsi başadüşüləndi.

Yayılan xəbərlərə görə, liseyin fəalyyətini dayandırması ilə bağlı artıq Təhsil Nazirliyi tərəfindən İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib. Nazirlik bəyan edib ki, “İstək” liseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır. Burada çalışan müəllimlər isə kifayət qədər hazırlıqlı olduqlarından öz fəaliyyətlərini dövlət və ya özəl ümumi təhsil müəssisələrində davam etdirə biləcəklər. Təhsil Nazirliyi tərəfindən iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanı sözügedən müəllimlər üçün dövlət məktəblərində çalışmaq baxımdan əlverişli imkan ola bilər.

Bir şeyi xüsusi vurğulamalıyıq ki, “İstək” liseyinin fəaliyyətini dayandırmasi ilə bağlı yaranmış məsələlərin həllinə Təhsil Nazirliyi operativ reaksiya göstərdi. Bununla da nazirlik Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu.

Yusif Ziyaoğlu
AzNews.az